Putin Ukrayna ilə bağlı şərtini açıqladı

“Rusiya Ukraynanın bloklara qoşulmamasını özü üçün son dərəcə vacib hesab edir”.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə prezident Putin Çin Media Korporasiyasına müsahibəsində deyib.

Putin deyib ki, bir ölkənin təhlükəsizliyini digərlərinin təhlükəsizliyini pozmaqla qurmaq mümkün deyil: “Biz dedik ki, bəzi dövlətlərin təhlükəsizliyi başqalarının təhlükəsizliyini pozmaq əsasında qurula bilməz. Təhlükəsizlik hamı üçün eyni olmalıdır. Bu baxımdan Ukraynanın bloklardan kənar xarakteri bizim üçün son dərəcə vacibdir”, – Rusiya lideri bildirib.

Onun sözlərinə görə, Rusiya hər bir dövlət kimi öz təhlükəsizliyini təmin etmək hüququna malikdir: “Əgər biz hesab ediriksə ki, NATO-nun Ukrayna hesabına genişlənməsinin bizim üçün təhlükə yaradır, bunun eşidilməsini xahiş edirik”, – Putin vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Gəncədə 23 narkotacir saxlanıldı

Sonrakı məqalə

Prezident Xankəndidə separatçıların yığışdığı əsas binaya gəldi –