Rusiya Ukraynanın suverenliyinin yeganə real təminatçısı ola bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Klubunun plenar iclasında bildirib.
Onun sözlərinə görə, Ukraynanı yaradan Rusiya bu ölkənin suverenliyinin real təminatçısıdır.
Putinin sözlərinə görə, Ukrayna tarixən süni dövlət kimi inkişaf edib.
O qeyd edib ki, II Dünya Müharibəsindən sonra İosif Stalin Polşa, Macarstan və Rumınyanın ərazilərinin bir hissəsini alaraq Ukraynaya verib.
Eyni zamanda, Rusiya Federasiyasının Prezidenti bildirib ki, rus və ukrayna xalqları birdir – “bu, tarixi faktdır”,- deyə Putin bildirib.
Onun sözlərinə görə, bu gün Rusiya ilə Ukrayna arasında baş verənləri qismən vətəndaş müharibəsi hesab etmək olar.(APA)