Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Prezidenti rusiyalı həmkarını ölkəsindəki son vəziyyət barədə məlumatlandırıb. Kasım-Jomart Tokayev ölkədə vəziyyətin stabilliyə doğru yönəldiyini bildirib. Qazaxıstan Prezidenti Tokayev Rusiya Prezidenti Vladimir Putinə KTMT çərçivəsində verdiyi dəstəyə görə təşəkkür edib.