“Putin və Ərdoğan arasındakı münasibətlər mübahisəli vəziyyətlərdən çıxmağa imkan verir” –

PESKOV
27 Dekabr 2020 - 16:35

Putin və Ərdoğan arasındakı münasibətlər mübahisəli vəziyyətlərdən birlikdə çıxmağa imkan verir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə nəhəng oyunçulardır: Bizim ölkələr regionda sabitlik və təhlükəsizliyə yardım edə bilən nəhəng oyunçulardır.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşmadan danışan Kremlin sözçüsü vurğulayıb ki, prezidenti Vladimir Putinin Bakı və İrəvanla dostluq münasibətlərini dəstəkləməsi sülh razılığını əldə etməyə kömək edib.