“Türkiyə Azərbaycan kimi dost və qardaş ölkələrə dəstəyini əsirgəməyəcək” –AKAR

“Türkiyə dost və qardaş Azərbaycan, Şimali Kipr, Liviya kimi ölkələrin təhlükəsizliyinə dəstək  üçün köməyini əsirgəməyəcək. Biz başda qonşu ölkələr olmaqla bütün ölkələrin ərazi bütövlüyünə, siyasi birliyinə sayğı ilə yanaşırıq”.

Liviyada səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib.

H.Akar deyib ki, Türkiyə regionda sülh və sabitliyi bərqərar etmək səyləri ilə yanaşı 83 milyon əhalisinin təhlükəsizliyini tam təminatı üçün də bütün qüvvəsi ilə fəaliyyətdədir: “Bunun üçün Türk Silahlı Qüvvələri (TSK) çox gərgin bir dönəmdən keçir. Əsgərlərimiz bütün vəzifələrini şərəflə və böyük bacarıqla yerinə yetirilər. Türkiyənin haqq, hüquq və mənfəətləri üçün bu fəaliyyətləri davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan vəfat edib

Sonrakı məqalə

“Putin və Ərdoğan arasındakı münasibətlər mübahisəli vəziyyətlərdən çıxmağa imkan verir” –