Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyada atəşkəslə bağlı bütün tərəflərə çağırış ediblər.
Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə və Rusiya Xarici İşlər nazirləri birgə brifinqdə məlumat veriblər. XİN başçıları bildiriblər ki, Ərdoğan və Putin yanvarın 12-si saat 00.00-dan etibarən atəşkəsə əməl olunması ilə bağlı bütün tərəflərə çağırış ediblər.
Qeyd edək ki, bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda görüş keçiriblər. Bundan sonra keçirilən ikinci görüşdə hər iki ölkənin xarici işlər və müdafiə nazirləri də iştirak ediblər.