Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putinin görüşündə Ukrayna məsələsinin nizamlanması, Ankaranın taxıl sazişinin təzələnməsi təşəbbüsləri və regional məsələlər müzakirə mövzusu ola bilər.
Azpost.info bildirir ki, bu barədə Ankaradakı diplomatik mənbələr RİA Novosti-yə bildiriblər.
Putin bundan əvvəl türkiyəli həmkarı ilə ilin əvvəlində görüşməyi planlaşdırdığını açıqlasa da, Türkiyə prezidentinin sıx qrafikinə görə liderlər görüşə bilməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiya dövlət başçısı ilə Ərdoğanın görüşünün tarixini zamanında açıqlayacaq. Ankaradakı diplomatik mənbə daha əvvəl RİA Novosti-yə bildirib ki, Putinin Türkiyəyə səfərinin fevral ayında baş tutacaqğına ümid edirlər.
“Əlbəttə, bu, Ukrayna mövzusu olacaq. Prezident Ərdoğanın bu istiqamətdə vasitəçilik səylərindən xəbəriniz var, İstanbul sülh prosesini bərpa etmək üçün tərəflərə dəfələrlə çağırışlar edilib. Həmçinin dayandırılmış Qara dəniz taxıl təşəbbüsü var. Cənab prezident artıq bəyan edib ki, onun bərpası təşəbbüslərini hörmətli Vladimir Putinlə müzakirə etmək niyyətindədir. Təbii ki, regional gündəm və ikitərəfli məsələlər var. Ümumiyyətlə, liderlərin kifayət qədər geniş gündəliyi var”, – agentliyin həmsöhbəti bildirib.