Putin və İran prezidenti Ukraynanı müzakirə edib –

putin iran prezi

İran və Rusiya prezidentləri Ukrayna məsələsini müzakirə ediblər.

Bbu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. O bildirib ki, rəsmi Tehran tərəfləri təmkinli olmağa və danışıqlar masası arxasında oturmağa dəvət edir.

Bu fikriləri İranın Prezidenti İbrahim Rəisi bu gün Rusiya Prezidenti Vladimir Putin ilə telefon söhbətində də səsləndirib.

Söhbət zamanı prezidentlər Ukraynadakı vəziyyəti və qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

S.Xətibzadə nəzərə çatdırıb ki, nazirlikdə informasiya qərargahı yaradılıb. Bu qərargah Ukraynada baş verən hadisələri diqqətlə izləyir. İran vətəndaşlarının Kiyev və digər şəhərlərdən çıxarılması üçün Ukraynanın Tehrandakı səfirliyi ilə əlaqəli iş aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir