Xalq artisti Əlibaba Məmmədov vəfat edib

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib. 

Bu barədə məlumatı “Qafqazinfo” saytı yayıb.

Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan SSR xalq artisti Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynamışdı. Əlibaba Məmmədov musiqi təhsilini 1953–1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində almışdır.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988 illərdə “Azkonsert birliyi”-nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhəbrlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.

Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam -dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.

“Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963 cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Əlibaba Məmmədov həmdə dəfələrlə muğam müsabiqələrində müsiflər heyətinin üzvü olmuşdur.

Xalq artistinin oğlu Seyran Məmmədov fevralın 17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xanəndənin qızı isə ötən il COVİD-19 virusundan rəhmətə getmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zelenski Baydenlə danışdı, hərbi yardımı müzakirə etdi

Sonrakı məqalə

Putin və İran prezidenti Ukraynanı müzakirə edib –