Rusiya və Belarus prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub .
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.
“Prezidentlər Rusiya – Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər.
Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar”, – deyə Kremlin məlumatında qeyd olunub .