Putin və Makron Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

RİA Novosti xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər İdlibdə gərginliyin artmasından sonra Suriyadakı vəziyyəti müzakirə ediblər: “Vladimir Putin Fransa prezidentinə Suriyanın şimal-qərbində terrorçularla mübarizə üçün görülən tədbirlər barədə məlumat verib. Ərazidəki humanitar vəziyyətlə bağlı məsələlərə də toxunulub”.

Putin eyni zamanda yaxın vaxtlarda keçiriləcək Rusiya-Türkiyə görüşü zamanı Suriyada nizamlanmanın bütün müvafiq aspektlərinin Moskvada əsaslı şəkildə müzakirə edilməli olduğunu da qeyd edib.

Qeyd edək ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ərdoğanla “Patriot” məsələsini də müzakirə etdik” –

Sonrakı məqalə

Tramp koronavirusla bağlı mətbuat konfransı keçirib –