Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin və Paşinyan arasında görüşdə hansı razılıqlar əldə edilib?

User 09 May 2024 - 12:43 (Last updated: 21 May 2025 - 20:15)
putin pasinyan

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiya hərbçilərinin bundan sonra “Zvartnots” hava limanında xidmət aparmayacaqları barədə razılıq əldə olunub.

Bu barədə Ermənistanın bəzi “Telegram” kanallarında məlumat yayılıb.

Bildirlib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar uğurla nəticələnib.

Bundan əlavə, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər.

 

**

Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında və Azərbaycanla sərhəddəki məntəqlərdə fəaliyyətinin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması xəbəri təsdiqlənib.

Bu barədə Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan “Facebook” hesabında bildirib.

“Əldə edilən razılaşmaya əsasən, 44 günlük müharibə zamanı və ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Qeqarkunik, Ararat marzedə yerləşən Rusiyanın sərhəd qoşunları və hərbi məntəqələri fəaliyyətini dayandıraraq həmin məntəqələrdən çıxacaq. Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında fəaliyyətinin dayandırılması barədə qərar da ən yüksək səviyyədə təsdiqlənib”, Ermənistan rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra, Ermənistan Baş naziri Nikol Paşinyanın daha sonra elan etdiyi kimi, mandat və razılaşma olmadan Tavuş və Sünikdə yeni bazalar yaradıblar.

Post navigation

Previous: Moskvada Qələbə paradı keçirilir
Next: “Rusiya heç kimin onu təhdid etməsinə imkan verməyəcək”

Oxşar xəbərlər

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.