Putin və Lukaşenko soyqırımı abidəsinin açılışını etdilər- FOTO

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Böyük Vətən Müharibəsi illərində faşistlərin soyqırımı nəticəsində həlak olmuş SSRİ vətəndaşlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimində iştirak ediblər.

Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Tədbir Leninqradın faşist Almaniyasının blokadasından azad edilməsinin 80 illiyi şərəfinə keçirilib.

“Leninqradın blokadası misli görünməmiş qəddarlıq və rüsvayçılıq idi. Bir milyondan çox leninqradlı, yəni dinc sakin aclığın, soyuğun, sonsuz atəş və bombardmanın qurbanı oldu”, – Putin deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.