Putin xalqa müraciət edib

Rusiya Mərkəzi Seçki Komissiyası Rusiya Federasiyasında ötən prezident seçkilərinin nəticələrini təsdiq edib.

MSK Vladimir Putinin beşinci dəfə dövlət başçısı seçildiyini açıqlayıb.

Putin Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı xalqa müraciət edib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Vladimir Putin 87,28 faiz səs (76 277 708 nəfər) toplayıb.

Digər namizədlərə gəlincə, Nikolay Mixayloviç Xaritonov seçicilərin 4,31 faizinin (3 milyon 768 min 470 nəfər), Vladislav Andreyeviç Davankov 3,85 faizinin (3 milyon 362 min 484 nəfər), Leonid Eduardoviç Slutski 3,2 faizinin (2 milyon 797 min 629 nəfər) səsini alıb.

Əvvəlki məqalə

Gürcüstanın Baş naziri Marneulidə Novruz şənliyinə gəlib

Sonrakı məqalə

“Azərbaycanı güc tətbiqində təqsirləndirmək absurddur” –