Prezident Putin Xarkov vilayətinin Rusiyaya birləşdirilməsinə hazırlıq görür.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Müharibə tədqiqatları İnstitutunun (ISW) hesabatında deyilir.
Ekspertlərin fikrincə, Putinin yenicə imzaladığı fərman bunu göstərir. Fərmanda bütün ukraynalılar üçün Rusiya vətəndaşlığı almaq prosesi sadələşdirilir.
“Kreml Donbasdan kənar Ukrayna ərazilərinin birləşdirilməsi üzrə səyini davam etdirir. Putinin son fərmanı Kremlin digər əraziləri, o cümlədən Xarkov vilayətini Rusiyaya birləşdirmək niyyətini ifadə edir”-deyə hesabatda vurğulanır.
Bununla yanaşı rus hərbi-siyasi rəhbərliyi işğal olunmuş ərazilərdə inzibati nəzarəti möhkəmlətməyə cəhd edir. Bununla həmin ərazilərin Rusiyaya birləşdirilməsi üçün şərait yaradır.
İyulun 11-də Putin bütün Ukrayna vətəndaşlarına üçün sadələşdirilimiş qaydada Rusiya vətəndaşlığı almağa icazə verən Fərman imzalyıb.
