Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin Zelenski ilə nə vaxt və harada görüşə biləcəyini açıqladı

User 09 May 2026 - 23:04 (Last updated: 09 May 2026 - 23:04)
putin zelenski

Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı yekun razılaşmalar əldə edildikdən sonra Volodimir Zelenski ilə üçüncü bir ölkədə görüşməyin mümkün olduğunu bildirib.

Azpost.info APA-ya istinadən xəbər verir ki, Putin müzakirənin danışıqlara deyil, razılaşmaların imzalanmasına yönəlməli olduğunu söyləyib.

Putin Zelenski ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə hazır olduğunu və yalnız razılaşma imzalamaq üçün görüşə hazır olduğunu bildirib.

Putin bildirib ki, Rusiya Müdafiə Nazirliyi hələlik 9 may paradında Ukrayna tərəfindən heç bir təxribat barədə məlumat verməyib. O, indi işə qayıdacağını və ordudan hesabat alacağını vurğulayıb.

Putin o cümlədən vurğulayıb ki, Moskvada keçirilən 9 may Paradı Kiyevdən gələn təhdidlərə görə deyil, ordu düşmənin axıradək məğlubiyyətinə diqqət yetirməli olduğu üçün texnikasız keçirilib. O, bu qərarların Ukraynadan gələn təhdidlərdən çox əvvəl verildiyini əlavə edib.

Vladimir Putin bildirib ki, Kiyevin təhdidlərindən sonra Rusiya Müdafiə Nazirliyindən xəbərdarlıq və Rusiya Xarici İşlər Nazirliyinin notası ilə kifayətlənməyib, əsas tərəfdaşları – Çin, Hindistan və ABŞ ilə işləməyə başlayıb.

Putin eyni zamanda qeyd edib ki, Rusiya xarici tərəfdaşlarını Kiyevə qarşı cavab raket zərbəsinin mümkün nəticələri barədə xəbərdar edib.

Onun sözlərinə görə, Moskva, xüsusən də Vaşinqtondan Ukrayna paytaxtındakı diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi xahiş edib. Putin məhz buradan Trampın üç günlük atəşkəs təşəbbüsünün yarandığı söyləyib.

Vladimir Putin deyib ki, 5 mayda Rusiya Ukraynaya mübadilə təklifi təqdim edib və 500 ukraynalı əsirdən ibarət siyahı göndərib. “Kiyev belə bir mübadiləyə hazır olmadığını bildirib”, – Putin deyib.

Rusiya prezidenti əlavə edib ki, Moskva hazırda Ukrayna tərəfinin 1000-ə qarşılıq 1000 formatında mübadiləyə razı olacağına ümid edir, lakin Kiyevdən hələlik heç bir təklif daxil olmayıb.

AzPost.az

Post navigation

Previous: Rusiyada ChatGPT və Gemininin bloklanması barədə xəbərdarlıq edilib
Next: “Ermənistan Avropa İttifaqına üzvlük üçün referendum keçirə bilər” –

Oxşar xəbərlər

ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.