Putini çıxışı zamanı öskürək tutdu- Üzr istədi və bunu Tehran səfəri ilə əlaqələndirdi

Rusiya prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin “Yeni dövr üçün güclü ideyalar” forumunda çıxışı zamanı öskürdüyünə görə üzr istəyib.

Azpost.info xəbər verir ki, Putin bunu səfər etdiyi Tehranda havanın olduqca isti olması və kondisionerin işləməsi ilə izah edib: “Dünən Tehranda hava çox isti idi – mübət 38 dərəcə. Kondisioner də “necə lazımdır” işləyirdi… Ona görə də üzr istəyirəm…”.

Putin iyulun 19-da İranın paytaxtına səfər edib. Orada ikitərəfli danışıqlarda iştirak edib, həmçinin Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi ilə görüşüb.

Azpost.info

Əvvəlki məqalə

“Taxıl məsələsi tezliklə həllini tapacaq, prosesə İstanbuldan nəzarət ediləcək”

Sonrakı məqalə

Azərbaycanda daha 277 nəfər COVID-19-a yoluxub