Putini tənqid edən rus jurnalisti həbs edilib

Cümə axşamı Moskva məhkəməsi şəhərdə koronavirusa görə təcrid zamanı təkbaşına keçirdiyi piketə görə Kremlin tanınmış tənqidçi jurnalistinə qarşı 15 gün həbs cəzası hökmü çıxarıb.

Kremli tənqid edən “Novaya qazeta” qəzetinin jurnalisti İlya Azar polis tərəfindən nəzarət altına çərşənbə axşamı məşhur blogerin təqibinə etiraz etmək üçün Rusiya paytaxtının polis qərargahının qarşısında tək etiraz edərkən alınıb.

Rusiyada birnəfərlik etiraz aksiyası qanunidir. Lakin şəhərin meri Sergey Sobyanin koronavirus epidemiyası zamanı ictimai tədbirlərə qadağa qoyub və insanların evlərini yalnız müəyyən işləri görmək üçün tərk edə biləcəyini deyib.

Cümə axşamı günü məhkəmə Azarı etirazlarla bağlı qanunu dəfələrlə pozmaqda günahkar tanıyaraq, 15 gün müddətinə həbs cəzasına məhkum edib.

“Exo Moskvı” radiostansiyasının baş redaktor müavini Tatyana Felgenqauer də daxil olmaqla, azı üç jurnalist Azarı dəstəkləmək məqsədilə təkbaşına piket keçirdikləri üçün həbs edilib. (Amerikanın Səsi)

Felgenqauer həbs edilərkən əlində “Təkbaşına piketlər cinayət deyil” yazılmış plakat tutub.

Saxlanılan jurnalistlərin hamısı maskada olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp sosial şəbəkələrin fəaliyyətinin izlənilməsinə dair sərəncam imzalayıb

Sonrakı məqalə

Hacıqabulda “Yura” ləqəbli narkotik alverçisi tutuldu