Putinin aşpazı deputatları cəbhəyə getməyə çağırdı– “Çoxunun fəaliyyəti faydasızdır”

Rusiya prezidenti Vladimir Putinin aşpazı və yaxın dostu Yevgeni Priqojin rusiyalı deputatları “Vaqner” sıralarına qoşulmağa və cəbhəyə getməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə Priqojinin rəhbərlik etdiyi “Konkord” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Priqojinin sözlərinə görə, indi cəmiyyətin konsolidasiyası vacibdir. Üstəlik, onun fikrincə, indiki deputatların əksəriyyətinin fəaliyyəti faydasızdır.

“Təşkilatçılıq qabiliyyəti olmayanlar da əlinə avtomat və ya heç olmasa istehkamçı kürəkləri götürsün”, – Priqojin bildirib.

Azpost.info

Əvvəlki məqalə

Zuqanov nəvəsinin saxlanılması ilə bağlı xəbərlərə reaksiya verdi

Sonrakı məqalə

Ərdoğan sabah Putinlə görüşəcək