“Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı yəqin ki, blef deyil”.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton bildirib.
O, Moskvanın belə bir qərarının hərbi baxımdan xüsusi əhəmiyyət daşımayacağını da deyib.
Bolton Kalininqrad vilayətində çoxlu sayda nüvə silahı, qanadlı raketlər, dronların olduğunu da xatırladaraq Qərb üçün ən böyük təhlükənin məhz bu arsenal olduğunu bildirib: “Belarusa müəyyən miqdarda nüvə silahının verilməsi vəziyyəti dəyişməyəcək”.
Moskvanın Belarusa taktiki nüvə silahı göndərəcəyini bir gün əvvəl Putin açıqlamışdı. Onun sözlərinə görə, iyulun 1-dək qonşu dövlətin ərazisində bu arsenal üçün anbarın tikintisi başa çatdırılmalıdır. Bundan başqa, nüvə silahı daşıya bilən 10 təyyarə artıq Belarus aerodromlarında yerləşdirilib. Rusiya lideri vurğulayıb ki, bu addım silahların Minskə ötürülməsi demək deyil, Moskva sadəcə olaraq ABŞ-ın onilliklər ərzində gördüyünü edir.
Azpost.info
