Mingəçevirdə itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb

Mingəçevirdə 12 gündür itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Mask insan beyni üzərində çip sınağı üçün danışıqlara başlayıb

Sonrakı məqalə

“Putinin nüvə silahı ilə bağlı son bəyanatı blef deyil”