Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Putinin dediyi kimi, taxıl gəmiləri inkişaf etmiş ölkələrə gedir”

User 09 Sentyabr 2022 - 15:33 (Last updated: 21 May 2025 - 20:15)
erdoğan

“Səmərqənddə Rusiya Prezidenti Vladimir Putin ilə geniş və ətraflı görüşümüzün olacağına inanıram. Bu görüşdə əsasən taxıl dəhlizi məsələsini müzakirə edəcəyik. Düzünü desəm, mən Prezident Putinin taxılın “zəngin ölkələrə gedir, kasıblara deyil” yanaşmasını düzgün hesab edirəm. Yani, bunun bu prinsip əsasında aparılması lazımdır. Çünki, burada əsl məsələ kasıb ölkələrin bu taxıl dəhlizindən öz payını almasını və bu çətin dövrdən çıxmasını təmin etmək olmalıdır. Lakin, hazırda vəziyyət elə görünmür. Yəni, Rusiya Prezidentinin dediyi kimi, gəmilər yenə ya inkişaf etmiş, ya da inkişaf etməkdə olan ölkələrə doğru gedir”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baltik ölkələrindən səfərdən dönərkən jurnalistlərə müsahibəsində bildirib.

Səmərqənd görüşü zamanı Vladimir Putindən Rusiya məhsullarının da yaradılan dəhliz vasitəsilə gəmilərlə göndərilməsini rica edəcəyini bildirən Prezident Ərdoğan deyib: “Əgər Rusiya taxılı da gəlməyə başlasa, biz burada kasıb Afrika ölkələrinə çatana qədər onların hamısını ən ideal şəkildə müəyyən bir sistemə bağlayıb, taxılı və başqa məhsulların hamısını o ölkələrə göndərəcəyik. Çünki, xüsusilə Afrikada çox çətin vəziyyətdə olan bir çox ölkə var ki, bu ölkələrə bizim qucaq açmağımız, onlara bir an əvvəl bu məhsulları göndərməyimiz lazımdır”.

Səfər barədə danışan Türkiyə Prezidenti bildirib: “Səfərin əsas müzakirə mövzusu Bosniya və Herseqovinadakı siyasi böhrana həll yolu tapmaq idi. Bu çərçivədə həmsöhbətlərimizlə məsləhətləşdik, təklif və töhfələrimizi onlarla bölüşdük. Hər üç ölkədə keçirilən biznes forumlarda iştirak etdim. Bundan əlavə, səfərlərim münasibətilə üç ölkə ilə müxtəlif sahələrdə ümumilikdə 11 müqavilə imzaladıq”.

Post navigation

Previous: Britaniyalılar Kraliça II Elizabetin ölüm xəbərini belə qarşıladı
Next: Nazirlik valideynlərin təşkil etdiyi səfərlərə münasibət bildirib

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.