Putinin fəxri prezident və fəxri səfir səlahiyyətləri dayandırıldı

Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya lideri Vladimir Putinin təşkilatın fəxri prezidenti və səfiri səlahiyyətlərini dayandırıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, təşkilat bu addımı Ukraynadakı hərbi münaqişəyə görə atdığını bəyan edib. Səlahiyyət şəhadətnaməsi Putinə 2008-ci ildə təqdim edilmişdi. Bununla yanaşı, Sergey Soloveyçik Avropa Cüdo İttifaqının (EJU) rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. 2007-ci ildən təşkilata rəhbərlik edən 56 yaşlı rusiyalı funksioner bu qərarı Ukrayna hadisələri fonunda verib. EJU-ya müvəqqəti olaraq alman Otto Kneitinger rəhbərlik edəcək. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukraynanı Avropa İttifaqında görmək istəyirik!” –

Sonrakı məqalə

FİDE Rusiya və Belarusda yarışlara qadağa qoydu