“Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hərəkətlərinin heç bir rasional izahı yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron CNN-ə müsahibəsində deyib.
“Mənə elə gəlir ki, bu, narazılığın, regionda hegemonluq strategiyasının və deyərdim ki, COVID-19-un nəticələrinin kombinasiyasıdır”, – Fransa lideri bildirib.
Makron Putinin Ukraynada xüsusi hərbi əməliyyata başlamaq qərarını “böyük səhv” adlandırıb.
Azpost.info
