Rusiya prezidenti Vladimir Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü deyib ki, Putinin Mariupola bütün səfəri, onun şəhər ətrafında hərəkəti planlaşdırılmayıb: “Kortej olmayıb, prezident maşın sürərkən bütün yol qaydalarına əməl edib. Ümumiyyətlə, bu, tammiqyaslı işgüzar səfər idi”.
Kreml rəsmisi Putinin Rostov-na-Donudakı Xüsusi Hərbi Əməliyyatın komanda məntəqəsinə səfərinin də əvvəlcədən planlaşdırılmadığını, əsas məqsədin məntəqənin işini adi rejimdə yoxlamaq ibarət olduğunu söyləyib.