“Putinin nüvə silahı ilə bağlı açıqlaması blef deyil”- Çexiya Prezidenti

Çexiya Prezidenti Miloş Zeman Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə etməsinin mümkün sayır. Onun fikrincə, Putinin nüvə silahı ilə bağlı açıqlaması blef deyil.

Azpost.info xəbər verir ki, M.Zeman bunu MF DNES qəzetinə müsahibəsində deyib.

“Mən rasional şəkildə düşünməyə öyrəşmişəm. Məhz buna görə də Rusiyanın Ukraynaya hücum etməyəcəyini demişdim. Çünki bu, irrasional idi. Amma təəssüf ki, Rusiya siyasətində irrasionallıq getdikcə daha çox özünü göstərir. Ona görə də nüvə silahı ilə bağlı deyilənlərin blef olduğunu söyləməyə cəsarət etmirəm”, – Çexiya lideri bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Dəhliz vasitəsilə dörd milyon tondan çox taxıl daşınıb”

Sonrakı məqalə

“BakuBus” ziyanla işləyir, kredit borclarını ödəyə bilmir –