Almaniyanın sabiq kansleri Angela Merkel dünya ictimaiyyətini Putinin nüvə silahı barədə bəyanatına ciddi yanaşmağa çağırıb.
Azpost.info “Bloomberg”ə istinadən bildirir ki, Merkel bu barədə Berlindəki tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Putinin bu bəyanatına “blef” kimi baxılmamalıdır. Sabiq kansler bildirib ki, Rusiya prezidenti ilə qarşıqlıqlı əlaqə manevr üçün məkan yarada bilər.
“Onun sözlərinə ciddi yanaşmaq lazımdır. Bu, zəiflik əlaməti deyil, siyasi müdrikliyin subutudur”- Merkel bildirib.
Azpost.info
