“Putinin oxşarı yoxdur, belə xəbərlər gülüş doğurur”- PESKOV

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 71 yaşlı Vladimir Putinin səhhətində ciddi problemlər olması və ictimai tədbirlərdə onun yerinə oxşarının çıxış etməsi ilə bağlı xəbərləri şərh edib.

Azpost.info xəbər verir ki, Peskov bu xəbərlərin yalan olduğunu deyib.

Onun sözlərinə görə, bu cür məlumatlar absurd kateqoriyasına daxil olsa da, bir sıra media orqanları tərəfindən təkidlə müzakirə olunur.

“Putini oxşarı yoxdur, belə xəbərlər Kremldə yalnız gülüş doğurur”, – Peskov bildirib.

O qeyd edib ki, Putinin ürəyində problemlərin olması ilə bağlı yayılan xəbərlər də həqiqətə uyğun deyil.

Azpost.info

Əvvəlki məqalə

Xocalı və Xankəndidə mina tələlərin quraşdırılmasına dair məlumatlar var

Sonrakı məqalə

Göyçayda örüşdə insan sümükləri və paltar qalıqları tapılıb