Putinlə Ərdoğanın görüşündə Qarabağ müzakirə ediləcək –

Kremldən açıqlama
28 Sentyabr 2021 - 14:16

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 29-da Soçidə keçiriləcək.

Bu barədə Kreml məlumat yayıb.

Rusiya və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.

“Rusiya-Türkiyə tərəfdaşlığının siyasi və ticari-iqtisadi sahələrdə müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır”, – Kremlin məlumatında vurğulanıb.