“Vladimir Putin və Bəşər Əsəd Kremldəki danışıqlar zamanı hərbi-texniki sahədə əməkdaşlığı, həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər”.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Yaxın həftələr, aylar ərzində ticari-iqtisadi əməkdaşlığa dair ən mühüm sənədin imzalanmasına imkan verəcək qərar qəbul edilib. Hərbi-texniki əməkdaşlıq kimi həssas sahələrdə əməkdaşlığımız da müzakirə olunub. Məlum səbəblərə görə danışıqların bütün nəticələri açıqlana bilməz”, – Peskov bildirib.
Peskov Bəşər Əsədlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş ehtimalına da münasibət bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə bir sıra təmaslar aparılır.
“Bu təmaslar davam etdiriləcək”, – Peskov qeyd edib.
Azpost.info