Almaniyanın sabiq kansleri Gerhard Şröder Almaniyanın birləşməsinin ildönümü ilə bağlı tədbirdə kansler Olaf Şolz və prezident Frank-Valter Ştaynmayerdən uzaq əyləşdirilib.
Azpost.info bildirir ki, bu barədə Bild xəbər verir.
Qəzet iddia edir ki, bu qərar Şröderin Rusiya lideri Vladimir Putinlə yaxınlığına görə verilib. Bild yazır ki, aparıcı siyasətçilərdən heç biri eks-kanslerlə eyni kadrda görünmək istəməyib.
Almaniyanın keçmiş kansleri olduğu üçün Şröderi sonuncu sıraya qoymaq mümkün deyildi. Buna görə də o, Şolts və Ştanmayerdən uzaq, koridorda orta cərgədə oturdulub.
Azpost.info