Suriya prezidenti Bəşər Əsədlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub.
Azpost.info xəbər verir ki, telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyət müzakirə olunub.
Bu barədə Suriya prezidentinin ofisi öz Teleqram kanalında məlumat yayıb.
Söhbət zamanı liderlər Qəzzada mülki şəxslərə humanitar yardımın təcili çatdırılmasının vacibliyini vurğulayıblar.
Onlar həmçinin Qəzzanın atəşə tutulmasına və onun sakinlərinin məcburi köçkünlüyünə son qoymağa çağırıblar.
Azpost.info