“Putinlə təmasları davam etdirmək niyyətindəyəm”- ŞOLTS

“Rusiya lideri Vladimir Putinlə təmasları davam etdirmək niyyətindəyəm”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Brüsseldə Aİ sammitində bildirib.

“Mən Rusiya prezidenti ilə tez-tez danışıram və bundan sonra da danışacağam”, – Şolts deyib.

Kansler hesab edir ki, Moskva ilə Berlin arasında ikitərəfli əlaqələr qorunmalıdır: “Ukraynadakı vəziyyətlə bağlı təmaslar zamanı yaranan ciddi fikir ayrılıqlarına baxmayaraq, Almaniya bunu davam etdirmək niyyətindədir”.

Azpost.info

Əvvəlki məqalə

Bu xəstələrə oruc tutmaq tövsiyə olunmur

Sonrakı məqalə

“Bakı və İrəvan əsas məsələlərdə razılığa gəlməyiblər”