“Putinlə görüşməyimin mənası yoxdur…” –BAYDEN

ABŞ Prezidenti Co Bayden hazırda Rusiya dövlət başçısı Vladimir Putinlə qarşıdan gələn G20 sammitində görüşməyi planlaşdırmadığnı bildirib.

Bu barədə ABŞ Prezidenti CNN telekanalına müsahibəsində deyib.

Bayden bildirib ki, görüş Rusiya liderinin nəyi müzakirə etmək istəməsindən asılı olacaq.

“Baxın, onunla görüşmək fikrim yoxdur. Ancaq məsələn, G20 zirvə toplantısında yanıma gəlib desə ki, mən amerikalı Brittni Qraynerin azad edilməsi haqqında danışmaq istəyirəm, onda vəziyyət fərqli olacaq. Ancaq təsəvvür edə bilmirəm”,- Bayden bildirib.

Müsahibə zamanı o, Rusiya-Ukrayna müharibəsindən danışıb. Bayden bildirib ki, ölkəsi bir mövqe tutub: ” Ukrayna ilə bağlı Ukraynasız müzakirə olunacaq heç nə yoxdur”.

Bayden deyib ki, nə ölksəi nə də digər müttəfiqlər Rusiya ilə danışıqlara hazırdır: “O, qəddar davrandı. Fikrimcə, o, hərbi cinayətlər törədib. Ona görə də indi onunla görüşməyin mənasını görmürəm”.

Əvvəlki məqalə

“75 yaşımda üçüncü sərgimdir” –

Sonrakı məqalə

Çempionlar Liqası-