Putinlə Tramp arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı 1,5 saatdan çox davam edib.

Uşakov bildirib ki, Putin Trampa “Qələbə günü” üçün atəşkəs elan etməyə hazır olduğunu söyləyib. O, Trampın bunu dəstəklədiyini deyib.

Kreml rəsmisi Putinin sui-qəsd cəhdi ilə bağlı Trampa dəstək ifadə etdiyini və cinayəti qəti şəkildə pislədiyini vurğulayıb.

Uşakovun sözlərinə görə, Tramp Putinə Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaya artıq yaxın olduğunu deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.