Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Putinlə görüşən Çin müdafiə naziri işdən çıxarılıb və istintaq altındadır”

User 15 Sentyabr 2023 - 10:27 (Last updated: 21 May 2025 - 20:15)
TASS_29088266-3

“Çinin müdafiə naziri Li Şanfu vəzifəsindən kənarlaşdırılıb və onunla bağlı istintaq aparılır”.

Azpost.info xəbər verir ki, bunu kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmiləri “Financial Times”a bildiriblər.

“Son iki həftə ərzində Li Şanfu ictimaiyyət qarşısına çıxmayıb. Nazir 7-8 sentyabrda Vyetnam və Çin arasında müdafiə sahəsində əməkdaşlığa dair illik toplantıda iştirak etməli idi, lakin səfəri “sağlamlıq səbəbi ilə” ləğv etdi”, – “Reuters” mənbələri qeyd edir.

65 yaşlı Li Şanfu müdafiə naziri vəzifəsinin icrasına 2023-cü il martın 12-də başlayıb. 2018-ci ildə Rusiyadan Su-35 qırıcıları və S-400 kompleksləri alması səbəbindən ABŞ sanksiyalarına məruz qalıb. Nazir təyin olunduqdan bir ay sonra o, Moskvaya səfər edib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

“Financial Times” yazır ki, müdafiə nazirinin istefası Pekinin hərbi və xarici siyasət strukturunun elit üzvləri arasında xaosun başqa bir əlaməti ola bilər.

Yayda Çinin xarici işlər naziri Qin Qan uzun müddət ictimaiyyət qarşısına çıxmadı. Onun yoxluğu da sağlamlığı ilə bağlı səbəblərlə izah edilsə də, istefası sonradan məlum oldu. O, cəmi 6 ay nazir vəzifəsində çalışdı.

Həmçinin Çin lideri Si Cinpin Çinin nüvə qüvvələrinə komandanlıq edən iki yüksək rütbəli zabiti – raket qüvvələrinə rəhbərlik edən general Li Yuçao və onun müavini Liu Quanbini vəzifəsindən uzaqlaşdırıb. Onlar da vəzifələrindən uzaqlaşdırıldıqlarını elan etməzdən əvvəl bir neçə ay ictimaiyyət qarşısına çıxmadılar.

Nəşrin mənbələri bildiriblər ki, yüksək rütbəli hərbi məmurlar məxfi məlumatları sızdırmaqda şübhəli bilinir. Bundan sonra Si Cinpin və Kommunist Partiyası orduda korrupsiyanın qəbuledilməz olduğunu bəyan etdilər.

Azpost.info

Post navigation

Previous: Heydər Əliyev Fondunun üç rayonda inşa etdiyi məktəblər istifadəyə verilib
Next: “Ana”, “Bakı”, “Şuşa laylası”…

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.