Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisindən bildirilib.
“Liderlər Ukraynadakı vəziyyəti, ikitərəfli münasibətləri müzakirə ediblər”, – məlumatda deyilir.
Söhbət zamanı Ərdoğan Putinə “taxıl sazişi”nin uzadılması məsələsində mövqeyinə görə təşəkkür edib. Həmçinin qeyd edib ki, Ankara Rusiya və Ukrayna arasında münaqişənin tezliklə danışıqlar yolu ilə başa çatmasını arzulayır.
Azpost.info
