Puyoldan Messinin gedişinə reaksiya:

"Sənin borcundan çıxa bilmərik"
06 Avqust 2021 - 12:23

“Barselona”nın əfsanəvi kapitanı Karles Puyol Lionel Messinin Kataloniya klubundan ayrılmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, bu barədə İnstaqram hesabında paylaşım edən keçmiş müdafiəçi argentinalı hücumçunun klub üçün etdiklərinin əvəzsiz olduğunu bildirib:

“Çətin gündür, amma irəli “Barselona”! Hər şeyə görə çox sağ ol, Leo. Bizə verdiklərin üçün heç vaxt sənin borcundan çıxa bilmərik. Sənə hər şeyin ən yaxşısını arzu edirəm”.

Qeyd edək ki, Puyolla Messi 11 il (2013-2014) bir komandada çıxış ediblər.