Misli Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb. AZƏRTAC xəbər verir ki, qatı duman səbəbindan dayandırılan görüşün bu gün oynanılmamasına qərar verilib. Baş hakim Tural Qurbanovun 23-cü dəqiqədə dayandırdığı qarşılaşmada hesab açılmayıb. Qeyd edək ki, matçın sabah qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.

AzPost.az