Qəbələdə 13 yaşlı məktəbli qız özünü asıb

03 Sentyabr 2021 - 15:34

Qəbələ rayonunda məktəbli qız özünü asıb.

“Report”un məlumatına görə, hadisə rayonun Yenikənd kəndində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Həlimə Emin qızı Hüseynova özünü asaraq intihar edib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.