Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qələbəyə gedən yol” sənədli filminin təqdimatı keçirilib –

User 19 Sentyabr 2024 - 16:36 (Last updated: 21 May 2025 - 20:15)
qe01

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirlərində qəhrəmancasına şəhid olan Tapdıq Xələfovun həyat və döyüş yolundan bəhs edən sənədli filmin təqdimatı keçirilib.

Təqdimat mərasimində millət vəkilləri, ictimai xadimlər, tanınmış şəxslər və media nümayəndələri iştirak edib. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə lentə alınıb. “Qələbəyə gedən yol” adlı sənədli film “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüş yolu” layihəsi çərçivəsində çəkilib.

Filmin “ARB”, ölkənin ilk uşaq kanalı “ARB Günəş” və “Kanal S” televiziyalarında yayımı da nəzərdə tutulub. Ekran işinin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində həyata keçirilib. Tapdıq Xələfovun qəhrəmanlıq yolunu işıqlandıran filmin quruluşçu rejissoru “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanovdur.

Qeyd edək ki, Xələfov Tapdıq Vidadi oğlu 1996-cı il martın 29-da Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 2012-ci ildə Xaçmaz rayon Qıraqlı kənd tam orta məktəbini bitirib. 2014-cü il ildə ordu sıralarına yollanıb. Vətənə xüsusi sevgisi ilə seçilən Tapdıq 2022-ci ildə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının komando hazırlığı kursuna”na qəbul olub. Təlimləri uğurla bitirərək, həyatını orduya bağlayıb. 2023-cü ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla, həmçinin xidmətdə fəallığına görə fəxri fərmanlarla mükafatlandırılıb. Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində xüsusi şücaət göstərən Tapdıq Xələfov 2023-cü il sentyabrın 20-də şəhidlik zirvəsinə ucalıb. Azarbaycan Respublikası prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəli idi, özündən sonra bir övladı qalıb.

 

Post navigation

Previous: EMTA və MEDİA media nümayəndələri üçün seminar keçirib
Next: Lənkəranda alkoqolizm və narkomaniyaya qarşı tədbir keçirilib –

Oxşar xəbərlər

ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27

xƏBƏR

ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Ölkə.az xəbər verir ki,...
Read more about Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.