maska_0214

“Fevralın ortalarından indiyə qədər 24 milyon ədəd maska satışa çıxarılıb, 18 milyon ədəd maska satılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, hazırda ölkədə 6 milyon maska ehtiyatı var: “Ölkədə hazırda gündəlik 250 min maska istehsal edilir. Ayın sonuna ölkəyə 10 milyon civarında maska idxal olanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir