Qərargah:

"Yoluxma sayının artması ikinci dalğanın göstəricisidir"
09 May 2020 - 17:45

“Yoluxma sayının artması ikinci dalğanın göstəricisidir”. 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R.Bayramlı deyib ki, vətəndaşlarımız həmrəy olaraq qaydalara əməl etməlidir: “Biz sərt karantindən çıxdıqdan sonra qaydalara əməl etməklə özümüzü qoruya bilərik”.