Rusiya növbəti dəfə digər müstəqil ölkələrin maraqları uğrunda mübarizədə lokomotiv rolunu sınamaq şansı qazanıb.
Azpost.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Moskva Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərb ölkələri bütün dünyada lokal münaqişələri qızışdırmağa çalışır, lakin Rusiya belə siyasətlə mübarizə aparmağa hazırdır.
“Müstəqil dövlətlərin əksəriyyətinin maraqlarının təmin edilməsində lokomotivin rolu bir daha Rusiyaya həvalə edildi. Qərb hərbi cəhətdən güclü düşmənlə açıq qarşıdurmadan qorxur və bütün dünyada lokal konfliktləri qızışdırır. Belə siyasətin məqsədi rəqibləri zəiflətməkdir”, – Şoyqu bildirib.
Azpost.info
