“Qərb erməni və azərbaycanlı millətçi dairələrini atəşkəs sazişini pozmağa təhrik edir” –

Rusiya FTX direktorundan şok açıqlama
18 Noyabr 2020 - 18:37

“Qərb erməni və azərbaycanlı millətçi dairələrini Qarabağda atəşkəs sazişini pozmağa təhrik edir”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bəyan edib.

Erməniləri inandırmağa çalışırlar ki, Dağlıq Qarabağda bağlanmış sülh Yerevanın məğlubiyyətidir. “Son qələbəyə qədər” ideyasını təbliğ olunur. Azərbaycanlılara isə əksinə deyirlər ki, “Xankəndinin bir addımlığında olduqları halda Kreml sizdən qələbəni oğurlayıb”- deyə FTX direktoru vurğulayıb.

Narışkinin sözlərinə görə, Qərbin fəaliyyəti onu göstərir ki, ABŞ və onun avropalı dostları həmişə olduğu kimi öz işlərini sadə insanların –bu dəfə azərbaycanlı və ermənilərin hesabına həll edirlər”.

“Əl atdıqları təxribatların regionda yeni qanlı toqquşmalara gətirib çıxaracağı amerikalıları və avropalıları narahat etmir”.