“Qərb Kosovo ilə bağlı alçaldıcı qərar tələb etsə, istefa verəcəm”- Serbiya Prezidenti

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun müstəqilliyini tanımamaq üçün vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Vuçiç deyib ki, Qərb Kosovo ilə bağlı alçaldıcı qərar tələb etsə, bu addımı atmalı olacaq. O, məsələnin bu həddə çatmayacağına ümid etdiyini bildirib.

BMT Təhlükəsizlik Şurasının 1999-cu il iyunun 10-da qəbul etdiyi 1244 saylı qətnaməsi Kosovo və Metohiya muxtar vilayətinin Serbiyanın bir hissəsi olduğunu təsdiqləyir. 2008-ci ilin fevralında Kosovo hakimiyyəti birtərəfli qaydada vilayətin müstəqilliyini elan etdi. Rusiya, Hindistan və Çin və Avropa İttifaqının beş ölkəsi də daxil olmaqla, 60-dan çox ölkə yeni dövlətin tanınmasına qarşıdır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan ATƏT-in regiona missiya göndərməklə bağlı qərarını rədd edib –

Sonrakı məqalə

Çin avtomobil ixracına görə dünyada ikinci yerə yüksəlib –