“Qərb Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışacaq”- MEDVEDEV

“Qərb ölkələri 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Onlar həmişəki kimi müdaxilə edəcəklər. Qərb Rusiyanı müdaxiləyə görə qınayıb, lakin özləri bunu SSRİ-nin dağılmasından bəri açıq şəkildə edirlər. 90-cı illərdə Qərbdə bizim ölkəyə liderlər qoyacaqlarına inanırdılar. Onların emissarları, siyasi məsləhətçiləri, iqtisadi analitikləri hər yerdə idilər. Rədd edildikdən sonra da çox incidilər”, – Medvedev deyib.

Azpost.info

Əvvəlki məqalə

Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Sonrakı məqalə

“Avro-2024”: