Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov hesab edir ki, Qərb öz ənənəvi mənasında Rusiya üçün düşmən deyil. Çünki o, həmişə dəyərləri ilə məşhur olub.
Azpost.info info xəbər verir ki, Belousov bunu RBC-ya müsahibəsində bildirib.
Eyni zamanda, o qeyd edib ki, indiki Qərb qüvvələri dünya haqqında əvvəllər formalaşmış dəyərləri, konsepsiyaları və ideyaları məhv etməyə çalışır.
Belousovun sözlərinə görə, Rusiya Qərb xristian sivilizasiyasının ənənəvi dəyərlərinin qoruyucusu ola bilər: “Rusiya bu dəyərlərin keşikçisinə çevrilə bilər. Bu o deməkdir ki, Qərbin bizim düşmənimiz olduğunu söyləmək yanlışdır”.
O, həmçinin qeyd edib ki, Qərbdə hələ də ənənəvi dəyərlərə müraciət edən elita və sosial təbəqələr var.
Azpost.info