“Qərb Rusiyanın Ukraynada möhkəmlənməsinə kömək etdi”- ZELENSKİ

“Qərb ölkələri Rusiyaya Ukraynanın əks-hücum əməliyyatına hazırlaşmasına kömək etdilər”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezident Vladimir Zelenski CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, silahlar Ukraynaya çox ləng çatdırıldı. Nəticədə Rusiya qüvvələri Ukrayna torpaqlarında möhkəmlənməyə nail oldu, həmçinin ərazini minaladı.

“Biz Qərbdən silah tədarükünü həddən artıq çox gözlədik. Əks-hücuma hazırlaşmaq üçün çox vaxt itirdik. Rusiya Ukraynada möhkəmləndi və ərazini minaladı”, – Ukrayna lideri bildirib.

Azpost.info

Əvvəlki məqalə

Rayonlarda pensiyalar sentyabrın 15-də ödəniləcək

Sonrakı məqalə

“İrəvan Moskvaya qarşı qeyri-dost hərəkətlərə yol verir”