Rublun daha da çökməməsi üçün Rusiya hakimiyyəti ölkədən pul çıxarılmasına getdikcə daha sərt məhdudiyyətlər qoyur.
Azpost.info xəbər verir ki, “Financial Times” yazır ki, tətbiq edilən de-fakto valyuta nəzarəti Rusiya bizneslərini satan
Qərb şirkətlərinə dollar və avronu repatriasiya etmək üçün praktiki olaraq heç bir imkan yaratmır.
Aktivlər rubla satılmalıdır, lakin satıcı valyutanı almaqda israr edərsə, onu xaricə köçürməkdə əhəmiyyətli gecikmələr və ya hətta birbaşa itkilərlə üzləşir.
Qeyri-dost ölkələrin nümayəndələri ilə əməliyyatların, eləcə də valyuta əməliyyatlarının aparılmasına icazəni xarici investisiyalara nəzarət üzrə hökumət komissiyası verir.
Bu yaxınlarda bir xarici şirkətə biznesin 300 milyon dollarlıq satışını bağlamağa kömək edən bir investisiya bankiri nəşrə bildirib ki, komissiya gəlirlərin xaricdəki hesaba köçürülməsi üçün yeddi gün müddət təyin edib, eyni zamanda gündə 20 milyon dollar limit də qoyub.
Xarici şirkətlərin Rusiyanı tərk etmələri üçün bir neçə əməliyyatda işləyən başqa bir şəxsin sözlərinə görə, komissiya xarici valyutanın xaricə çıxarılması üçün qeyri-rəsmi 500 milyon dollarlıq hədd müəyyən edildiyini bildirib.
Azpost.info